Modern.az

İbrahim İbrahimli Müsavata qayıdacağı barədə xəbərə aydınlıq gətirdi

İbrahim İbrahimli Müsavata qayıdacağı barədə xəbərə aydınlıq gətirdi

29 Yanvar 2013, 11:50

Müstəqil siyasətçi, Müsavat Partiyasının sabiq funksioneri İbrahim İbrahimli onun yenidən keçmiş partiyasına qayıdacağı haqda yayılan məlumatlara aydınlıq gətirib. Eks-müsavatçı Modern.az-a açıqlamasında belə bir xəbərin doğru olmadığını deyərək, onun nəinki Müsavat Partiyasına, o cümlədən hər hansı partiyaya keçməklə bağlı fikrinin olmadığını bildirib.

“İctimai Palatanın Koordinasiya Şurasının üzvüyəm. Həmçinin İstiqlalçı Deputatlar Məclisinin təsisçilərindənən. Hazırda da müstəqil şəkildə aktiv siyasətlə məşğul oluram. Öz fəaliyyətimi davam etdirmək üçün kifayət qədər imkanlar var. Hər hansı partiyada təmsil olunmaq barədə fikrim yoxdur. Bu məlumatlar ciddi deyil”,-deyə İ.İbrahimli vurğulayıb.

Qeyd edək ki, İbrahim İbrahimli, Sülhəddin Əkbər, Adil Qeybulla, Qabil Hüseynli 2010-cu ildə partiya rəhbərliyinin ona etimad göstərmədiyini əsas gətirərək Müsavat Partiyasından istefa vermişdilər. Adil Qeybulla sonradan partiyaya qayıdaraq fəaliyyətini bərpa edib. 

Anar RÜSTƏMOV

 
Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj