Modern.az

MSK Gülər Əhmədovanın dairəsində seçki təyin etməyə tələsmir

MSK Gülər Əhmədovanın dairəsində seçki təyin etməyə tələsmir

29 Yanvar 2013, 11:55

“Təkrar seçki keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası toplanmalı və  qərar qəbul etməlidir”

Bunu Modern.az-a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. O, bildirib ki, 34 saylı Xətai II seçki dairəsinin keçmiş deputatı Gülər Əhmədova mandatdan imtina edəndən sonra burada yenidən seçki keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası toplanmalı və qərar qəbul etməlidir.

A.Sarıyevin sözlərinə görə, MSK kollegial orqan olduğundan yenidən seçkilərin keçirilməsi Komissiya üzvlərinin səsverməsindən asılıdır. Odur ki, Komissiyanın bu barədə nə vaxt qərar verəcəyi barədə proqnoz vermək düz deyil:

“Belə bir qərarı gərək bütün MSK üzvləri yığışıb özləri qərar verələr. Çünki bu, Komissiyanın üzvlərindən asılı bir məsələdir. Bu onların səlahiyyətlərinə aid olduğundan qabaqcadan bir söz demək tezdir. Onlar yığışıb müzakirə aparırlar və budan sonra bilinir ki, təkrar seçkinin keçirilməsi lazımdır, ya yox. Ona görə də mənim bu barədə proqnoz verməyim düz olmaz. Çünki mən desəm ki, bu, bir aya olacaq, yaxud da heç olmayacaq, düz çıxmaz. Bu həftə ərzində MSK-nın iclası olmayacaq. Gələn həftə isə olacaq, olmayacaq onu deyə bilmərəm”.

Gültəkin Ələsgər  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj