Modern.az

Yoluxanların bu günə olan statistikası

Yoluxanların bu günə olan statistikası

20 Mart 2022, 18:36

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 215 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 791 482 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 780 986 nəfər müalicə olunaraq sağalıb, 9 656 nəfər vəfat edib, aktiv xəstə sayı 840 nəfərdir.

 

Ölkədə son sutka ərzində 3 956, hazırkı dövrədək isə 6 666 040 test aparılıb.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama