Modern.az

Cəlilabadda maşınlar qarda batdı

Cəlilabadda maşınlar qarda batdı

21 Mart 2022, 00:22

Cəlilabadda 5 avtomobil qarda batıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən xəbərə görə, hadisə rayonunun Kövüzbulaq kəndində qeydə alınıb.

 

İçərisində vətəndaşların olduğu 5 ədəd minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Görülən tədbirlər nəticəsində avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal