Modern.az

“Bizə İsmayıllıda tutulanlarla görüşməyə icazə vermirlər” – Vəkil

“Bizə İsmayıllıda tutulanlarla görüşməyə icazə vermirlər” – Vəkil

29 Yanvar 2013, 16:03

İsmayıllı baş verən hadisələri araşdırmaq qeyd olunan rayona səfər zamanı polis tərəfindən saxlanılan vətəndaş cəmiyyətinin nümayəndələri artıq sərbəst buraxılıb. Bu barədə Modern.az-a vəkil Xalid Bağırov məlumat verib.

Onun sözlərinə görə,  bu gün İsmayıllıya səfər edən “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, keçmiş vicdan məhbusu Elşən Həsənov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı, İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov, Müsavat başqanının müşaviri Yadıgar Sadıqlı saxlanılaraq polis bölməsinə aparılıb.

“İndi saxlanılanlar sərbəst buraxıldılar. Heç  bir səbəb göstərmədən polis onlara yaxınlaşaraq İsmayıllıya nə üçün səfər etdiklərini bildirdi. Sonda onları tutaraq bölməyə apardılar. Hazırda İsmayıllıda gərgin vəziyyət hökm sürür. Həbs edilənlər var. Aksiyada tutulanların yanına heç kim buraxılmır. Hətta vəkilərinə belə onlaral görüşməyə icazə verilmir. Biz də saxlanılanlarla görüşmək, onların durumlarını öyrənmək istəsək də biz də icazə vermirlər”,- deyə X.Bağırov bildirib.

Qeyd edək ki, bu gün İsmayıllıya Aynur İmranova,  Ənnağı Hacıbəyli, Rəsul Cəfərov, Abbas Atilay,  Emin Aslan, Ülvi Həsənli, Xalid Bağırov, Əlaif Həsənov, Əziz Elxanoğlu, Bəşir Süleymanlı, Anar Məmmədli, Əli Əkbər, Maarif Çingizoğlu, Zaur Əkbər, Elşən Həsənov, Pərvin Quliyev, Yadigar Sadıqov və İntiqam Əliyev  səfərə gediblər.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj