Modern.az

Müalicəsi üçün ianə toplanmış jurnalist xanımı İstanbul xəstəxanasındadır

Müalicəsi üçün ianə toplanmış jurnalist xanımı İstanbul xəstəxanasındadır

29 Yanvar 2013, 16:58

ANS televiziyasının Xəbərlər Departamentinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədovanın müalicəsi davam etdirilir. Bu barədə Modern.az-a M.Hüseynov məlumat verib. Onun sözlərinə görə, G.Məmmədovanın səhhətində elə bir dəyişiklik yoxdur.

“Analizlərin cavabından sonra bilinəcək ki, nə var, nə yox. Dua edirik ki, yaxşı olsun”.
Murad Hüseynov qeyd edib ki, həyat yoldaşı hazırda Türkiyənin İstanbul şəhərindəki xəstəxanada müalicə olunur.

Qeyd edək ki, Gülər Məmmədovaya qan xərçəngi diaqnozu qoyulub. Müalicələri üçün bir müddət öncə yardım kampaniyasına başlanmışdı. Kampaniya çərçivəsində 120 min dollar toplanmışdı.

Gülər Məmmədova “Space” telekanalının əməkdaşıdır..

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi