Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az xəbər verir ki, səfirə Moskvanın Yaponiya ilə sülh danışıqlarından çıxmaq barədə qərarına etiraz bildirilib.
Etiraz məktubunu rusiyalı diplomata Yaponiya xarici işlər nazirinin müavini Takeo Mori təqdim edib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin ötən gün yaydığı məlumata görə, Moskva Yaponiya ilə sülh danışıqlarından imtina edib, Yaponiya vətəndaşlarının Cənubi Kuril adalarına vizasız səfərini dayandırıb, bundan əlavə, Cənubi Kuril adalarında Yaponiya ilə birgə təsərrüfat fəaliyyətinin qurulmasına dair dialoqdan çıxıb.
Moskva bu addımı Yaponiyanın Ukrayna barədə mövqeyi ilə əsaslandırıb.