Modern.az

Paşinyana sadiq deputatlar müxalifətin Qarabağ bəyanatını RƏDD ETDİ

Paşinyana sadiq deputatlar müxalifətin Qarabağ bəyanatını RƏDD ETDİ

22 Mart 2022, 16:48

Martın 22-də hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatlar Ermənistan parlamentinin iclasında Azərbaycanın əleyhinə yönəlmiş Qarabağla bağlı bəyanat layihəsinin qəbulu zamanı müxalifətin təşəbbüsünü dəstəkləməyiblər.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlament çoxluğu səsvermədə bitərəf qalıb. Yalnız “Ermənistan” və “Mənim şərəfim var” bloklarını təmsil edən parlament müxalifəti (107 deputatdan 30 nəfəri) layihəni dəstəkləyib.

 

Xatırladaq ki, Ermənistan parlamentinin qapalı iclasında Qarabağdakı vəziyyət müzakirə olunub. Təşəbbüs parlament müxalifəti tərəfindən irəli sürülüb. Müzakirə mövzusu “Qarabağda humanitar vəziyyət, təhlükələr və təxirəsalınmaz tədbirlər” adlandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI