Xalq artisti İlhamə Quliyeva Avropa ölkələrindən birinə səfər edəcək. Bu barədə Modern. az-a müğənninin özü deyib. Onun sözlərinə görə, yalnız fevralın 10-dan sonra Bakıya qayıdacaq.
“Mən Avropa ölkəsinə gedirəm. Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin fəxri üzvüyəm və bundan dolayı şəxsi işlərim var. Həm də xaricdə dincələcəyəm. Avropanın hansı ölkəsində dincələcəyimi isə deyə bilmərəm. Marşrutumu heç vaxt heç kəsə demirəm. Bu, valideynlərimdən mənə qalan tövsiyədir. Həmişə anam atam deyərdi ki, heç kimə demə ki, hara gedirsən, hardan gəlirsən. Get işini gör, sonra de filan işi gördüm. 8 il bundan qabaq Hollivudda olmuşam. 42 ölkənin yarışmasından 3 qızıl medalla qayıtmışam. Mən onu indiyə kimi dilimə gətirməmişəm. Mən heç vaxt türk sənəti, türk mədəniyyəti ilə ayaqlaşmıram. Mənim öz ölkəm, öz imkanlarım var və yetərincə sevilirəm”.
Xalq artisti bu il həyata keçirəcəyi yaradıcılıq işlərindən də danışıb: “Kremlin Qurultaylar Sarayında, Heydər Əliyev Sarayında, Azərbaycanın ayrı-ayrı bölgələrində hesabat konsertlərim olacaq. Daha sonra bəstəkar Fikrət Əmirovun və Faiq Sücəddinovun mahnılarını yenidən aranjiman etdirəcəyəm. Rəşad İlyasovdan sonra ikinci dəfə Abbas Bağırovla oxuduğum “Yaşın nə fərqi var” mahnısına yeni klip çəkdirəcəyəm. Ən əsası isə Tükəzban İsmayılova və Həbib Bayramov haqqında sənədli filmin çəkilişləri, albomlarının buraxdırılması və s. işlərlə məşğul olacağam”.
Şahanə Rəhimli