Modern.az

Selin əhaliyə vurduğu ziyan ÖDƏNİLƏCƏK

Selin əhaliyə vurduğu ziyan ÖDƏNİLƏCƏK

23 Mart 2022, 12:00

Son günlər ölkənin cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın müşahidə olunub. Nəticədə Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər subasmaya məruz qalıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları evlərini su basmış sakinləri təxliyə ediblər. 

 

Hazırda Masallıda vəziyyət necədir?

 

Bu barədə Modern.az-a danışan rayonun deputatı Anar İsgəndərov bildirib ki, icra başçısı başda olmaqla, bütün strukturlar bu işdə fəallıq göstərib. Deputat qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin rayon üzrə bölmələri və rayon rəhbərliyinin səyi nəticəsində traktorlardan, eskalatorlardan və bütün imkanlardan istifadə olunub:

 

"Seldən sonra bütün həyətlər, yollar su ilə dolu idi. Ancaq indi yollar müəyyən qədər açılıb. Əsas istinadgaha su gedib çıxmalıdır ki, buradan da kollektorlara çatsın. Buna nail oldular. Təbii ki, deputat Məşhur Məmmədov və mən mütəmadi olaraq bu işlərin içərisində olmuşuq. Xoşbəxtlikdən gecədən yağış dayanıb və suyun səviyyəsi aşağı düşüb".

 

A.İsgəndərov artıq təhlükəli vəziyyətin arxada qaldığını vurğulayıb:

 

"İndi təmizləmə işləri  gedir. Bu işdə icra hakimiyyəti, icraçı orqanlar və əhali bir yerdədir. Əhali də lazım olan köməkliyi edir. Əhalinin köməkliyi ondan ibarətdir ki, yüz illər boyu onlar bilirlər ki, xəndək hardan doldurulub, əsas, ana yol, kanallar haradadır. Bu istiqamətdə də işlər gedir. Həm dağlıq ərazilərdə, həm də aran ərazilərdə yağış dayanıb. Allahın köməkliyi ilə hər şey bir neçə gün ərzində öz əvvəlki normasına qayıdacaq”.

 

 

Deputat selin əhaliyə vurduğu ziyanın hesablanacağını diqqətə çatdırıb:

 

“Dəymiş ziyanın hesablanması ilə bağlı işlər gedir. Bu, mənim səlahiyyətimdə olmadığı üçün dəqiq bilmirəm. Ancaq kimlərə ziyan dəyibsə, rayon İcra hakimiyyəti, kənd bələdiyyəsi, sonra rayon üzrə Fövqəladə Hallar Nazirliyinin bölmələrinə müraciət etməlidir. İcra hakimiyyətinin birinci müavini sırf bu işlərlə məşğuldur. Bütün məlumatlar toplanıldıqdan sonra dəymiş ziyan hesablanacaq.

 

Orada gizlədiləsi bir şey yoxdur. Azərbaycan dövlətinin gücü var, konpensasiya ödəməklə bağlı problem yoxdur. Həm də söhbət təkcə Masallıdan getmir ki, Cəlilabadda və Füzulidə də belə problem var. Buna görə də, əhaliyə dəyən ziyanın konpensasiyası artıqlaması ilə ödəniləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi