Modern.az

Şimali Kaliforniyada Novruz şənliyi - FOTO

Şimali Kaliforniyada Novruz şənliyi - FOTO

Diaspor

23 Mart 2022, 11:49

ABŞ-ın Şimal Kaliforniya ştatının San-Fransisko şəhərinin körfəz dairəsində (Bay Area) xalqımızın qədim və ənənəvi Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin (ACSNC) təşkilatçılığı ilə baş tutan bayram şənliyində Azərbaycan və müxtəlif icmaların nümayəndələri, Los-Anceles və digər şəhərlərdən gələn qonaqlar da daxil olmaqla 250 soydaşımız iştirak edib.

 

Tədbirdə çıxış edənlər Novruz bayramı münasibətilə qonaqları və dünya azərbaycanlılarını təbrik ediblər. Baharın müjdəçisi, xalqımızın qədim tarixinin, zəngin mədəni irsinin və folklorunun təcəssümü olan Novruz bayramı barədə ətraflı məlumat verilib.

 

Bayram ənənələrinin, əl işlərinin nümayiş etdirildiyi şənlik bədii proqramla yekunlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu