Modern.az

“Netflix” Rusiyadakı tətbiqini sildi

“Netflix” Rusiyadakı tətbiqini sildi

Aktual

23 Mart 2022, 12:12

“Netflix” Rusiyadakı “App Store” və “Google Play”dən öz tətbiqini silib. Artıq hər iki platformanın axtarış sistemində proqram görünmür.

 

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

 

Qeyd edək ki, “Netflix” Ukraynadakı vəziyyətlə əlaqədar martın 6-da Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlamışdı. Eyni zamanda, şirkət Rusiyaya məxsus orijinal layihələr üzərində işini dayandırıb.

 

Layihələr arasında Svetlana Xodçenkova və Fyodor Bondarçukun rol aldığı “Anna K” dram serialı, Aleksandr Petrovun iştirak etdiyi “Petlya”, Yuri Borisovla “Niçeqo osobennoqo” filmi və Darya Jukun “Zato” kriminal trilleri var.

 

Xatırladaq ki, şirkət martın 1-dən etibarən 20 Rusiya federal telekanalının yayımından imtina edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi