Modern.az

Azərbaycanda yaxın günlərdə COVID pasportunun ləğvi gözlənilir

Azərbaycanda yaxın günlərdə COVID pasportunun ləğvi gözlənilir

Ölkə

23 Mart 2022, 12:55

"Xarici ölkələrdə artıq COVID-19 pasportu ilə bağlı qadağalar aradan qaldırılıb. Ölkəmizdə də COVID-19 pasportunun ləğv olunması gözlənilir".

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

 

M.Quliyev bunu yoluxma sayının aşağı düşməsilə əlaqələndirib: “Artıq yoluxma sayı 100-dən aşağı düşüb və ölkənin 90%-i vaksin olunub”.

 

 

Komitə sədrinin sözlərinə görə, təxminən 10-15 gün sonra Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni bir qərar veriləcək: "Bizə qarşıdakı günlərdə yoluxma sayını gözləmək qalır".

 

Qeyd edək ki, son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi