Füzuli rayonunun işğaldan azad edilmiş Seyid Əhmədli kəndində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı 77 CB 134 dövlət nömrəli yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb.
Nəticədə sürücü V.Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.