Modern.az

Ermənistana ÇAĞIRIŞ - Bölgədən silahlı qüvvələrin qalıqlarını çıxarın!

Ermənistana ÇAĞIRIŞ - Bölgədən silahlı qüvvələrin qalıqlarını çıxarın!

Qarabağ

23 Mart 2022, 14:06

Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

 

"Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin", - XİN rəsmisi vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi