Modern.az

Yağıntılar Kürdə sululuğu artırıb

Yağıntılar Kürdə sululuğu artırıb

Aktual

23 Mart 2022, 14:40

Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb. 

 

Modern.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.

 

"Son günlər yağan yağıntılar Kür çayında sululuğun artmasına və nəticədə duzluluğun azalmasına səbəb olub" -  deyə direktor qeyd edib.

 

A.Verdiyev bildirib ki, Kürün aşağı axınında aparılan monitorinqlərin nəticələrinə görə, dünən olduğu kimi, bu gün də duzluluq norma daxilindədir:

"Bu da Kürdən keçən su həcminin xeyli artması ilə bağlıdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi