Modern.az

Tərtərdə 4 otaqlı ev yandı

Tərtərdə 4 otaqlı ev yandı

23 Mart 2022, 19:10

Tərtərdə evdə yanğın olub.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Tərtər rayonunun Qaradağlı kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 150 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?