Modern.az

Putinin köməkçisi istefa verib ölkəni tərk etdi

Putinin köməkçisi istefa verib ölkəni tərk etdi

Dünya

23 Mart 2022, 19:39

Rusiya Prezidenti Vladimir Putinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubays tutduğu vəzifədən istefa verib.

 

Modern.az xəbər verir ki, məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

 

"Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubays öz istəyi ilə işdən çıxıb. Onun Rusiyadan gedib-getməməsi isə şəxsi işidir", - deyə Peskov qeyd edib.

 

Xarici KİV-də yayılan xəbərlərdə Anatoli Çubaysın Türkiyəyə getdiyi bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir