Rusiya ordusunun Ukraynadakı ölən hərbi qulluqçularının sayı 7 mindən 15 minə qədər ola bilər.
Modern.az xəbər verir ki, bu barədə adı açıqlanmayan NATO nümayəndəsi Amerikanın Səsinə bildirib.
O qeyd edib ki, yaralıları, itkinləri və əsirləri hesablasaq, ümumi itkilər 40 minə qədər ola bilər.
Xatırladaq ki, sabah NATO liderlərinin iclası keçiriləcək. Brüsseldə keçiriləcək sammitində Ukraynaya kimyəvi, bioloji , radioloji və nüvə təhlükələrindən qorunmaq üçün avadanlıqların verilməsi müzakirə olunacaq.
Ukrayna lideri Vladimir Zelenski NATO sammitində videoformatda iştirak edəcək.
Akif İsmayılov