Modern.az

\"Neftçi\" - \"Zirə\" matçının yeri dəyişdirildi

\

23 Mart 2022, 23:36

Azərbaycan Premyer Liqasında XXI turun "Neftçi" - "Zirə" oyununun yeri dəyişdirilib.

 

Modern.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" "Bakcell Arena"da planlaşdırılan renovasiya işlərini əsas gətirib.

 

"Neftçi" "Zirə"yə qarşı keçirəcəyi III və IV dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib. Stadionda aparılacaq işləri, "Neftçi"nin müraciətini və "Zirə"nin razılıq məktubunu rəhbər tutan PFL müraciəti müsbət cavablandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi