Gürcüstanda son sutka ərzində koronavirusdan 7 nəfər ölüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumat yayıb.
Son sutkada yeni növ koronavirusa 599 yoluxma halı qeydə alınıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 644 711, ölənlərin sayı isə 16 688 nəfərə çatıb. 1 608 441 nəfərin isə xəstəlikdən sağaldığı bildirilib.