Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransanın dövlət başçısı Emmanuel Makron arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Prezidentlər Belçikanın paytaxtı Bürüsseldə NATO sammiti çərçivəsində bir araya gəliblər. Görüş zamanı Ukraynadakı vəziyyət əsas müzakirə mövzusu olub.
Qeyd edək ki, iki liderin görüşü 50 dəqiqə davam edib.