Modern.az

Füzuli Ələkbərov UNİCEF-in nümayəndəsi ilə görüşdü

Füzuli Ələkbərov UNİCEF-in nümayəndəsi ilə görüşdü

30 Yanvar 2013, 13:33

Yanvarın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovla BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri MarkHerevard arasında görüş keçirilib. Modern.az-ın məlumatına görə, görüşdə məqsəd Nazirliklə UNİCEF-inAzərbaycan Nümayəndəliyi arasında uşaqlara qayğı sistemində islahatlara dair 2012-2013-cü illər üzrə İş Planının icrası, habelə nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsinin aparılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində ötən il həyata keçirilən tədbirlərin müzakirə edilməsi olub.

Görüş zamanı Nazirliklə UNİCEFarasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib və uşaqların müdafiəsi sahəsində aparılan islahatlar prosesinə göstərdiyi dəstəyə görə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinə  minnətdarlıq ifadə olunub.

Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2013-cü il tarixli «Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında» Sərəncamından söz açılaraq, bu sənədin ölkəmizdə uşaqların müdafiəsinə dövlət başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilməsininbariz nümunəsi olduğu bildirilib. Sərəncamın  Azərbaycan Respublikasının uşaq hüquqları sahəsində qoşulduğu beynəlxalq konvensiyaların icrası istiqamətində əhəmiyyətli rol oynayacağı vurğulanaraq, onunhəyata keçirilməsində UNİCEF tərəfindən ekspert dəstəyinin göstərilməsi təklif edilib.

Eyni zamanda, Sərəncamın icrasına ölkədə fəaliyyət göstərən ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsinin bu sahədə görülən işlərin  səmərəliliyinin təmin edilməsində zəruri olacağı qeyd edilib. Görüşdə həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial xidmət layihələrinin icrasının UNİCEF tərəfindən müstəqil monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Yetkinlik yaşına çatmayan uşaqların baxımsızlığının profilaktikası və reabilitasiyası məqsədi ilə yaradılmış mərkəzlərin fəaliyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi yüksək qiymətləndirilərək, bu addımın beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən  və səmərəli şəkildə icra edilən pilot layihələrin davamlılığının təmin edilməsində nümunə olduğu bildirilib.Görüşün sonunda Nazirliklə UNİCEF-in Azərbaycan Nümayəndəliyi arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj