“Müdafiə naziri Sergey Şoyqunun Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə bağlı çoxlu narahatlığı olduğundan hazırda media fəaliyyətinə vaxtı yoxdur”.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov qeyd edib ki, müdafiə nazirinin müəyyən narahatlığı var: "Xüsusi hərbi əməliyyat gedir. Təbii ki, indi medianın fəaliyyəti üçün o qədər də vaxtı yoxdu, bu, tamamilə başa düşüləndir".
Şoyqunun səhhətilə bağlı sualı cavablandıran sözçü xarici mediada yayılan xəbərləri dinləməyə ehtiyac olmadığını deyib, Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı məsləhət görüb.
Qeyd edək ki, xarici KİV-lərdə Şoyqunun 12 gündür yoxa çıxması barədə xəbərlər yayılıb.
Həmçinin oxuyun: