Modern.az

Roma Papası hərbi xərcləri artıran ölkələri sərt TƏNQİD ETDİ

Roma Papası hərbi xərcləri artıran ölkələri sərt TƏNQİD ETDİ

Dünya

24 Mart 2022, 19:54

Roma Papası Fransisk Rusiyanın Ukraynaya hücumu davam edərkən hərbi xərcləri artıran ölkələri sərt tənqid edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, İtaliya Qadın Mərkəzinin qarşısında çıxışı zamanı danışıb.

 

Papa bildirib ki, hərbi büdcələrin artırılması və sanksiyaların tətbiqi müharibənin həlli deyil. Fransisk hərbi xərclərin artırılmasını “dəlilik” adlandırıb.

 

O, sanksiyaları və silahları münaqişənin həlli kimi rədd edib və bildirib ki, dünya öz idarə üsulunu yenidən dizayn etməlidir.

 

Xatırladaq ki, bu gün NATO-nun iclasında hərbi xərclərin artırılmasına qərar verilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir