Modern.az

Ukrayna və Rusiyanın növbəti əsir mübadiləsi 

Ukrayna və Rusiyanın növbəti əsir mübadiləsi 

Dünya

24 Mart 2022, 20:19

Ukrayna və Rusiya arasında növbəti dəfə əsir mübadiləsi həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşuk məlumat verib.

 

Mübadilə Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə baş tutub.

 

Onun sözlərinə görə, hər iki tərəf əsir götürülən 10 hərbçini geri qaytarıb. Bundan əlavə, Ukrayna hərbçiləri Odessa yaxınlığında su basmış gəmidən xilas edilən 11 mülki dənizçini qarşı tərəfə təhvil verib.

 

Mübadilə nəticəsində, həmçinin Ukraynanın 19 mülki dənizçisi xilasetmə gəmisindən evlərinə qayıdıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir