Modern.az

Rusiya kimyəvi silahdan istifadə etsə, cavab verəcəyikBayden

“Rusiya kimyəvi silahdan istifadə etsə, cavab verəcəyik” - Bayden

Dünya

24 Mart 2022, 21:59

"Rusiya Ukraynada kimyəvi silahlardan istifadə etsə, ABŞ buna cavab verəcək".

 

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden NATO liderlərinin sammitindən sonra keçirdiyi mətbuat konfrasında deyib.

 

O, cavabın vəziyyətdən asılı olacağını bildirib. Bayden qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ona ilk danışıqlarında NATO alyansının vahid qalmayacağına inandığını söyləyib.

 

ABŞ lideri, həmçinin Ukraynadakı hadisələrlə bağlı ərzaq böhranı təhlükəsi barədə danışıb: "Ukraynada gedən müharibə fonunda ərzaq qıtlığı təhlükəsi realdır".

 

Bundan əlavə, Bayden Çin lideri Si Cinpini Rusiyanın dəstəkləyəcəyi halda yarana biləcək fəsadlar barədə məlumatlandırdığını qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir