Modern.az

Bayden Rusiyanın G-20-dən çıxarılmasını istəyir

Bayden Rusiyanın G-20-dən çıxarılmasını istəyir

Dünya

24 Mart 2022, 23:05

ABŞ Prezidenti Co Bayden Rusiyanın "Böyük İyirmilik"dən (G20) çıxarılmasını dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bu barədə o, Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

 

Bayden Rusiyanın G20-dən uzaqlaşdırılması ilə bağlı suala müsbət cavab verib:

 

“Bu, G20-dən asılıdır. Bu gün məsələ qaldırıldı və mən belə bir ehtimalı səsləndirdim ki, əgər bunu etmək mümkün deyilsə - İndoneziya və başqaları razı deyilsə, - o zaman, mənim fikrimcə, biz Ukraynanın görüşlərdə iştirak edə bilməsini təmin etməliyik".

 

Qeyd edək ki, bundan öncə Rusiyanın G20-dən çıxarılması barədə təkliflər irəli sürülmüşdü.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir