Modern.az

“Şimal axını 2”nin operatoru iflasa uğradı

“Şimal axını 2”nin operatoru iflasa uğradı

Dünya

24 Mart 2022, 23:59

Almaniya tərəfindən sertifikatlaşdırılması dayandırılan “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkəti yaxın günlərdə iflasını elan etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bunu şirkətin baş direktoru Matias Uarniq bildirib.

 

O, Ukraynadakı müharibə və Qərbin sanksiyaları səbəbindən “Şimal axını 2”nin dağılmaq ərəfəsində olduğunu bildirib.

 

“Yaxın günlərdə iflas prosedurunun açılması üçün ərizə İsveçrənin Zuq məhkəməsinə təqdim olunacaq”, - deyə Uarniq qeyd edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir