Böyük Britaniyanın Baş naziri Boris Conson NATO və G7 liderlərinin iclasından sonra mətbuat konfransı keçirib.
Modern.az xəbər verir ki, o, Ukraynaya əlavə 6 min raketin göndəriləcəyini deyib.
Conson Türkiyənin Ukraynaya verdiyi dəstəkdən danışıb. O, Türkiyənin "Bayraktar TB2" PUA-larının önəmli silah olduğunu bildirib.
"Türkiyənin hazırda verdiyi ən mühüm töhfələrdən biri TB2-lərdir. Məncə, bu, çox dəyərlidir. Böyük Britaniyanın təmin etdiyi hava hücumundan müdafiə sistemlərini görmüsünüz. Ukraynalılara onlardan necə istifadə edəcəklərini başa düşməkdə kömək edirik", - deyə Conson qeyd edib.
Akif İsmayılov