Modern.az

Binəqədidə avtoservis yandı

Binəqədidə avtoservis yandı

25 Mart 2022, 00:45

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtoservisin mənfi 1-ci mərtəbəsində, sahəsi 105 m² olan mühərrik təmiri sexində şüşə-pambıqdan ibarət tavan və içərisində 30 m² sahədə əşyalar yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yüksək temperaturdan sahəsi 40 m² olan rəngləmə sexinin lambirindən ibarət tavanı 20 m² sahədə, sahəsi 32 m² olan kafenin mətbəxinin tavanı və 5 m² sahədə plastikdən ibarət qapısı əriyib.

 

Avtoservisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?