Modern.az

Qusar sakinlərini Xaçmazda bıçaqladılar

Qusar sakinlərini Xaçmazda bıçaqladılar

25 Mart 2022, 09:15

Xaçmazda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Yalama kəndində qeydə alınıb.

 

Belə ki, Qusarın Düztahir kənd sakinləri - 1997-ci il təvəllüdlü Namiq Faiq oğlu Cəfərov və onun həmkəndlisi 2002-ci il təvəllüdlü Sadəddin Radik oğlu Novruzov bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

N.Cəfərova döş qəfəsinin daxilə nüfuz edən deşilmiş yarası, S.Novruzova isə sol çiyin nahiyəsinin deşilmiş yarası diaqnozları qoyulub.

 

Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?