Modern.az

Rusiyanın dünənki İTKİLƏRİ: 200 hərbçi, 12 tank, 2 təyyarə

Rusiyanın dünənki İTKİLƏRİ: 200 hərbçi, 12 tank, 2 təyyarə

Dünya

25 Mart 2022, 10:52

Ötən sutka ərzində Ukrayna hərbçiləri Rusiya ordusunun 200 hərbi qulluqçusunu zərərsizləşdirib və çoxsaylı texnikanı məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 
Bildirilib ki, ötən sutkada Ukraynanın hərbi qüvvələri Rusiyanın 9 hücumunu dəf edib, 12 tank, 20-yə yaxın zirehli və avtomobil texnikasını, 9 artilleriya sistemini məhv edib. Rusiya ordusu 200-dən çox hərbçisini itirib. Hava hücumundan müdafiə bölmələri tərəfindən 2 təyyarə və 2 PUA vurulub.

 
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

 

Fatma Abdulla

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir