Modern.az

Ukrayna ordusu Malinovkanı azad edib

Ukrayna ordusu Malinovkanı azad edib

Dünya

25 Mart 2022, 11:43

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Malinovka kəndini Rusiya hərbçilərindən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə Malinov icmasının rəhbəri Vladimir Şiş bildirib.

 

Onun sözlərinə görə, Rusiya hərbçiləri bu günə qədər Malinovkada olsa da, Ukrayna ordusu kəndi azad edə bilib.

 

"İcmanı təşkil edən beş böyük kənddən üçü tamamilə düşmən qoşunları tərəfindən işğal edilmişdi. Hazırda qoşunlarımız təmizlik işləri aparır, Malinovka azad edilib", - icma rəhbəri vurğulayıb.

 

Fatma Abdulla

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir