Modern.az

Üçüncü Dünya müharibəsi yazda olacaq – ŞOK İDDİA

Üçüncü Dünya müharibəsi yazda olacaq – ŞOK İDDİA

Dünya

25 Mart 2022, 12:00

Məşhur fransız kahin Nostradamus illər əvvəl Üçüncü Dünya Müharibəsinin 2022-ci ilin yaz aylarında olacağını iddia edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun “Les Prophéties” adlı kitabında məlumat yer alıb.

 

Nostradamusun sözügedən kitabında müharibənin Avropaya yayılacağı barədə fikirlər əks olunub. Kahin qələmə aldığı kitabda şərqdən bir qüvvənin Fransaya hücum edəcəyini iddia edirdi. Bu gün baş verən Rusiya-Ukrayna müharibəsi isə Nostradamusun sensasion fikirlərini yenidən gündəmə gətirib.

 

Bundan əlavə, Nostradamus 2022-ci il üçün qlobal qıtlıq, inflyasiya, asteroidin yerə çarpması, kompüterlərin və robotların tədricən insanları və dünyanı ələ keçirməsi ilə bağlı proqnozlar da verib.  


Xatırladaq ki, Nostradamus Londonda baş vermiş böyük yanğın, Adolf Hitlerin gəlişi və Con Kennedinin öldürülməsi xəbəri ilə məşhurlaşıb.

 

Fatma Abdulla

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir