Modern.az

Ukraynada ölən mülki şəxslər... - Bir ayın statistikası

Ukraynada ölən mülki şəxslər... - Bir ayın statistikası

25 Mart 2022, 12:26

Ukrayna-Rusiya müharibəsi artıq bir aydır davam edir. Müharibə dövründə 1000-dən çox dinc ukraynalı Rusiya ordusunun hucumlarının qurbanı olub.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

 

Ölənlərin statistikası aşağıdakı kimidir:

 

214 kişi,
160 qadın,
14 qız,
28 oğlan
571 böyük və 48 uşağın cinsiyyəti hələ də müəyyən edilməyib.

 

Yaralananlar:

 

181 kişi,
140 qadın,
28 qız,
23 oğlan,
1211 böyük və 67 uşağın cinsiyyəti hələ də müəyyən edilməyib.

 

BMT-nin məlumatına əsasən, insanların əksəriyyəti ağır artilleriya, raket sistemləri və hava hücumları nəticəsində həlak olub.

 

Xatırladaq ki, fevralın 24-ü səhər saatlarında Rusiya Ukraynada müharibəyə başlayıb. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət tətbiq edib. Artıq müharibənin 32-ci günüdür.

 

Fatma Abdulla

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir