Modern.az

Mariupolda bombalanan teatrda 300 nəfər ölüb

Mariupolda bombalanan teatrda 300 nəfər ölüb

Dünya

25 Mart 2022, 14:30

Mariupolda Rusiyanın teatra hücumu nəticəsində 300 nəfərin öldüyü ehtimal edilir.

 

Modern.az Mariupol Şəhər Şurasının "Telegram" kanalına istinadən xəbər verir ki, şahidlərin məlumatlarına əsasən, Rusiyanın Mariupol Dram Teatrına hücumu nəticəsində 300-ə yaxın insan həyatını itirib.

 

Qeyd edək ki, bina mühasirədə olan Mariupol şəhərində əsas sığınacaqlardan biri kimi istifadə olunurdu. Teatra sığınanların sayı təxminən 800-1300 nəfər olub.

 

Şəhərdə kommunikasiya şəbəkələri də daxil olmaqla, əsas xidmətlərin tamamilə sıradan çıxması səbəbindən hücumun tam miqyası haqqında məlumat toplamaq mümkün olmayıb.

 

Xatırladaq ki, martın 16-da Rusiya ordusu Mariupoldakı Dram Teatrına aviazərbələr endirib. 

 

Fatma Abdulla

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir