Modern.az

Ərdoğan Zelenski və Putinlə danışacaq

Ərdoğan Zelenski və Putinlə danışacaq

Dünya

25 Mart 2022, 15:03

"Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışacağam".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

 

Türkiyə lideri Rusiya dövlət başçısı ilə də danışıqlar aparacağını söyləyib: "Həftəsonu və ya gələn həftənin əvvəlində Vladimir Putinlə danışıqlar mümkündür. NATO sammitini müzakirə edəcəyik”.

 

Qeyd edək ki, Türkiyə Prezidenti bundan öncə də bir neçə dəfə Rusiya və Ukraynadan olan həmkarları ilə telefon əlaqəsi saxlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir