Modern.az

“Biz bu məsələdə güzəştə getməyəcəyik” - Kuleba

“Biz bu məsələdə güzəştə getməyəcəyik” - Kuleba

Dünya

25 Mart 2022, 19:43

Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti iki əsas müddəaya fokuslanıb.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Ukrainian witness"ə müsahibəsində deyib.

 

"Bunlardan birincisi Ukraynanın ərazi bütövlüyüdür və biz bu məsələdə heç bir güzəştə getməyəcəyik, bura Krım və Donbass da aiddir. İkinci məsələ Ukrayna üçün təhlükəsizlik zəmanətidir. Bizim komandamız bu iki məsələyə fokuslanıb. Əlbəttə, Rusiyanın da öz tələbləri var və biz onlara tələblərinin niyə reallaşma bilməməsini izah edirik. Danışıqlarla bağlı narahatlığa əsas yoxdur. Bu nəticəsi gec əldə olunan prosesdir", - deyə XİN başçısı qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir