Modern.az

Sabiq nazirə 8 il 6 ay həbs verildi

Sabiq nazirə 8 il 6 ay həbs verildi

Dünya

25 Mart 2022, 20:03

Rumıniyanın sabiq maliyyə naziri Sebastyan Vladesku 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsi qərar verib.

 

Vladesku korrupsiyada və dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib. O, 2005-2011-ci illər ərzində qeyri-qanuni yollarla 100 milyon dollardan çox vəsait mənimsəyib.

 

Xatırladaq ki, Vladesku 2005-2007-ci illərdə, daha sonra 2009-2010-cu ildə Rumıniyanın maliyyə naziri olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir