Modern.az

Rusiya səfiri Fransa XİN-ə çağırıldı

Rusiya səfiri Fransa XİN-ə çağırıldı

Dünya

25 Mart 2022, 21:25

Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə səfirlik rəsmi açıqlama yayıb.

 

Diplomatın hansı səbəbdən XİN-ə çağırılması barədə məlumat verilməyib.

 

Fransa KİV-ləri iddia edir ki, rusiyalı səfir tviter hesabındakı paylaşımlara görə XİN-ə çağırılıb və ona Parisin narazılığı ifadə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir