Modern.az

Bayden Putini yenə hərbi cinayətkar ADLANDIRDI

Bayden Putini yenə hərbi cinayətkar ADLANDIRDI

Dünya

25 Mart 2022, 21:50

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini yenidən hərbi cinayətkar adlandırıb.

 

Modern.az xəbər verir ki, Bayden çıxışı zamanı rusiyalı həmkarının "hərbi cinayətkar" olduğunu bildirib.

 

Dövlət başçısı qeyd edib ki, onun fikri hüquqi qiymətləndirmədən fərqlənməyəcək.

 

Xatırladaq ki, ABŞ lideri Putin barədə eyni ifadəni ilk dəfə martın 17-də səsləndirib. Baydenin fikrinə rəsmi Moskva etirazını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir