Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft anbarına raket zərbəsi endirilib.
Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, raket hücumu Husi qruplaşması tərəfindən həyata keçirilib.
Hadisə nəticəsində ərazidə güclü yanğın baş verib. Anbar "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin təşkil olunduğu trasın yaxınlığında yerləşdiyinə görə yarışın sərbəst yürüşlərinin vaxtı dəyişdirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Husi qiyamçıları tərəfindən mütəmadi olaraq hücumlara məruz qalır.