ABŞ BMT Təhlükəsizlik Şurasına Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaların artırılması məsələsinə baxmağı təklif edəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.
Buna səbəb kimi Pxenyan tərəfindən qitələrarası ballistik raket buraxılışı göstərilir. O bildirib ki, BMT Şimali Koreya tərəfindən həyata keçirilmiş buraxılışa cavab verməlidir.
Xatırladaq ki, martın 24-də Koreya Xalq Demokratik Respublikasında (KXDR) Kim Çen Inın birbaşa göstərişi ilə "Hvason-17" qitələrarası ballistik raketi sınaqdan keçirilib.