Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya neft obyektlərinə husilər tərəfindən hücumları dayandırmaq məqsədilə yeni hərbi əməliyyata başlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə koalisiya bəyanat yayıb.
Bəyanatda əməliyyatın məqsədinin qlobal enerji mənbələrini və təminat zəncirlərini qorumaq olduğu diqqətə çatdırılıb:
"Əməliyyat ilkin mərhələdədir. Husilər davranışlarının hansı nəticələrə gətirib çıxardığını hiss etməlidir. Koalisiya yalnız təhlükə mənbələrinə qarşı birbaşa mübarizə aparacaq, mülki şəxslərdən neft qurğularına və Yəmənin Qırmızı dənizin sahilində yerləşən liman şəhəri Hudeydadakı qurğulara yaxınlaşmamağı xahiş edirik".