Modern.az

“Rusiya nüvə silahından istifadə edə bilər” - Dmitri Medvedev

“Rusiya nüvə silahından istifadə edə bilər” - Dmitri Medvedev

Dünya

26 Mart 2022, 10:43

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev nüvə silahından istifadə məsələsinə aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, Medvedyev "RİA Novosti"yə müsahibəsində Rusiyanın nüvə silahından hansı hallarda istifadə istifadə edə biləcəyinə toxunub.

 

Onun sözlərinə görə, rəsmi Moskvanın bunun üçün bir neçə əsası var:

 

“Rusiya 4 halda nüvə silahından istifadə edə bilər. Ölkəmizə nüvə təyinatlı raketlərlə zərbələr endirildikdə, Rusiyaya, yaxud müttəfiqlərinə nüvə bombası ilə zərbələr endirildikdə, ölkənin nüvə qüvvələrinin fəaliyyətini iflic edə biləcək vacib infrastruktura hücum olunduqda və nəhayət, ölkənin mövcudluğunu təhlükə altına alacaq hücum gerçəkləşdikdə Moskva nüvə silahından istifadə edə bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!