Modern.az

Rusiyanın Ukraynada son sutkadakı İTKİLƏRİ

Rusiyanın Ukraynada son sutkadakı İTKİLƏRİ

Dünya

26 Mart 2022, 11:41

Ukrayna ordusu ötən sutka ərzində 170-ə yaxın Rusiya hərbçisini məhv edib.


Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 26-na olan əməliyyat məlumatında deyilir.


Məlumatda bildirilir ki, son sutka ərzində Rusiyanın 8 tankı, 17 zirehli texnikası və 11 avtomobil texnikası məhv edilib. Hava hücumundan müdafiə bölmələri 3 Rusiya təyyarəsini və 3 PUA-nı vurub.


Baş Qərargahın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması ötən sutka ərzində düşmənin 12 hava hədəfini (3 təyyarə, 3 PUA, 1 helikopter və 5 qanadlı raket) məhv edib. Bundan əlavə, Silahlı Qüvvələrin zərbə aviasiyası qırıcıların müşayiəti altında Rusiya qoşunlarının texnika kolonlarına və toplaşmış canlı qüvvəsinə raket və bomba zərbələri endirib. 


Qeyd edək ki, Rusiya və Ukrayna arsında müharibənin 33-cü günüdür.

 

Fatma Abdulla

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!