Modern.az

Avtomat satmaq istəyənlər tutuldu

Avtomat satmaq istəyənlər tutuldu

26 Mart 2022, 18:17

Ağcabədi Rayon Polis Şöbəsi silah satışı ilə əlaqədər əməliyyat tədbiri keçirib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ş.Əhədov və tanışı, əvvəllər məhkum olunmuş R.Əliyev 1 ədəd “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 28 ədəd patronu satarkən saxlanılıblar.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?