Macarıstan Ukraynadakı müharibəyə qarışmaq istəmir, çünki bu, dövlətin milli maraqlarına ziddir.
Modern.az xəbər verir ki, bunu Macarıstan hökumətinin başçısı Viktor Orban deyib.
Baş nazir qeyd edib ki, NATO və ya Avropa İttifaqının müəyyən dərəcədə müharibəyə cəlb olunmasına çalışanlar, eyni zamanda Macarıstan kimi bu münaqişədən kənarda qalmaq istəyənlər də var.
"Biz təhlükəli vəziyyətdəyik, lakin biz Macarıstanın tərəfindəyik və vəziyyətə Macarıstan nöqteyi-nəzərindən baxırıq", - deyə o qeyd edib.
Akif İsmayılov