ABŞ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən ölkələrə də sanksiya tətbiq edə bilər.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, ilk növbədə Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan sanksiyalara məruz qala bilər.
Bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Rusiyaya sanksiyalarından yayınmağa yardım edəcək ölkələrə sanksiya tətbiq olunacağı barədə xəbərdarlıq etmişdi.